AZ EN RU

Kəngərli rayon Xok kəndində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəngərli rayon Xok kəndində həyatyanı sahədə ot tayasında yanğın baş verməsi barədə məlumat daxil olub. 
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Nəşr edilib : 04.07.2023 20:07