AZ EN RU

Kəngərli rayon sakinlərinin müraciətləri dinlənilib

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərovun iştirakı ilə rayonda sakinlərlə görüşüb. Görüşdə iştirak edənlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi və digər məsələlərlə bağlı müraciət ediblər. İqtisadiyyat naziri vətəndaşların müraciətlərini dinləyib, aid məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib və icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.  

Görüşdə Kəngərli rayonundan olan 17 vətəndaşın müraciəti dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.01.2023 12:21