AZ EN RU

Kəngərli rayon prokurorluğunun əməkdaşı məktəblilərlə “Ətraf mühitin mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirib

Kəngərli rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq rayon prokurorluğunun təşkilatçılığı ilə rayonun Qarabağlar kənd 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini iştirak edib.

Tədbirdə Kəngərli rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas Səbuhi Abdullayev “Ekologiya və ətraf mühitin mühafizəsi” başlıqlı mövzu ilə çıxış edib. 

Sonda mövzu ilə bağlı digər iştirakçıların çıxışları dinlənilib.

Nəşr edilib : 23.04.2024 16:10