AZ EN RU

Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Kəngərli rayonunda partlamamış 6 ədəd mərmi aşkar edilib

"Şərq qapısı" xəbər verir ki, təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan 2 ədəd 122 mm-lik, 1 ədəd 112 mm-lik, 1 ədəd 87 mm-lik top mərmisi, 1 ədəd 84mm-lik minaatan mərmi, 1 ədəd 42mm-lik tank əleyhinə mərmi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin minalardan təmizlənmə üzrə pirotexnik qrupu tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.

Nəşr edilib : 04.06.2024 17:15