AZ EN RU

Kəngərli Rayon İcra Hakimiyyətinin yenilənmiş internet saytı E-GOV zonasına köçürülüb

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən Kəngərli Rayon İcra Hakimiyyətinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb.
    www.kengerli-ih.gov.az domen adı ilə fəaliyyət göstərən informasiya resursu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən audit yoxlamaları aparıldıqdan sonra AzStateNet şəbəkəsində yerləşdirilməsi həyata keçirilib. Saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə “GOV.AZ” domeninə bağlı e-poçt adresi ilə (mail@kengerli-ih.gov.az) təmin olunub. 
    Yenilənmiş internet səhifəsinin təhlükəsizliyinin təmin olunması, optimizasiyası axtarış sistemlərinə uyğunlaşdırılması, “Google” axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.07.2023 21:16