AZ EN RU

Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsi yanğın-taktiki təlim keçirib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsi “Səhiyyə müəssisələrində yanğınların söndürülməsi, tüstülü zonalardan insanların və zərərçəkənlərin xilas edilməsi” mövzusunda yanğın-taktiki təlim keçirib.
"Şərq qapısı" xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsindən ibarət olub.
Təlim zamanı baş verən şərti yanğın yerinə operativ çatan Kəngərli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri xəstələrin və tibbi personalın “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər. 
Təhlükəsizlik qaydalarına əməl olunmaqla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 01.04.2024 12:27