AZ EN RU

Kəlbəcərdə silah-sursat tapılıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisindəki müxtəlif yerlərdən 1 “RPQ” markalı pulemyot, 2 “Kalaşnikov” markalı avtomat, 3 avtomat darağı, 26 “F1” markalı əl qumbarası və 19 əl qumbarasının alışqanı aşkar edilib.

Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib.

Nəşr edilib : 26.01.2024 17:22