AZ EN RU

Kəlbəcər rayonu ərazisində növbəti dəfə döyüş texnikası müsadirə edilib

 

Kəlbəcər rayonu ərazisində növbəti dəfə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus döyüş texnikası, silah və sursat aşkarlanıb.

Müdafiə Nazirliyindən bildirilib ki, müsadirə edilən artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi nəqliyyat vasitələri, əl qumbaraları və digər döyüş sursatları Kəlbəcər rayonu ərazisindəki toplama məntəqəsinə daşınıb.

Nəşr edilib : 25.09.2023 17:18