AZ EN RU

Keçmiş məcburi köçkün: Doğma yurduma çatmaq üçün səbirsizlənirəm

Nəhayət bu gün dədə-baba elimə, doğma yurduma qayıdıram. Sevincimin həddi-hüdudu yoxdur. Bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Cavanşir Ucayev deyib. O, şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib: “Mənim Füzuli ilə bağlı xoş xatirələrim var. Övladlarımla çıxdığım rayona nəvələrimlə qayırdıram. Ümid edirəm ki, gözəl günlərimiz bundan sonra daha çox olacaq”.

Nəşr edilib : 29.01.2024 09:26