AZ EN RU

“Kargüzarlıq işi: hesabat və arayışların hazırlanması” mövzusunda seminar-treninq keçirilib

10 fevral tarixdə muzey əməkdaşları üçün “Kargüzarlıq işi: hesabat və arayışların hazırlanması” mövzusunda seminar-treninq keçirilib.

Naxçıvan Dövlət Film Fondunda keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri G.Babayeva açmış, və “Kargüzarlıq işi: hesabat və arayışların hazırlanması” mövzusunda çıxış etmişdir.

Qeyd edilmişdir ki, muzeylər milli-mənəvi dəyərlərimizin mühafizə olunduğu və təbliğ edildiyi mədəniyyət ocaqlarıdır. Bu mədəniyyət ocaqlarında işin düzgün qurulması həm də sənədləşmə işinin aparılmasından da asılıdır. Müəssisədə işin təşkili sənədlərin düzgün aparılmasından çox asılıdır. Sənədləşmə idarəetmənin əsasını və hərəkət formasını təşkil edir. İdarəetməninin inkişafının formalaşdırılması sənədlərin hazırlanmasından, sənədləşdirmədən, sənədlərlə işin təşkilindən birbaşa asılıdır.

Kargüzarlıq prosesının gedişi qanunlarla, normativ aktlarla, vahıd dövlət kargüzarlıq sistemi ilə və xidməti sənədlərin hazırlanmasında istifadə olunan dövlət standartları ilə tənzimlənməlidir.

Kargüzarlıgın texniki təşkilli və onun aparılmasının mədəni səviyyəsi müəssisənin idarəetmə fəaliyyətinə müsbət təsir göstərir. O, sadə və çevik olmalıdır. Sənədlərin hazırlanması zamanı səliqəli  və diqqətli olmaq tövsiyə edilir.

Vurğulanmışdır ki kargüzarlıq - sənədlərin tərtib olunması, çap edilib çoxaldılması, əldə edilməsi, əldə edilməsinin rəsmiləşdirilməsi, qeydə alınması, arxivə təhvil vermək üçün hazırlanması, arxivə təhvil verilməsi və saxlanması prosesi başa düşülür.

Kargüzarlıq ümumi və xüsusi kargüzarlıq olmaqla 2 yerə bölünür. Müəssisə və təşkilatların bütün mərhələlərinin sənədli informasiya ilə təchiz edilməsi prosesi kargüzarlıq sferasını təşkil edir.

Tədbir iştirakçılarına slaydlar vasitəsilə sənəd layihələrinin tərtibi, çap edilməsi, çoxaldılması, saxlanması, göndərilməsi ilə əlaqədar olaraq olan əməliyyatlar, həmçinin sənədləşdirmənin aparılması qaydası və tərtibi, hesabat və arayışların hazırlanması və s. ilə ələqadar məlumatlar verilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.02.2022 16:05