AZ EN RU

Karateçilərimizdən uğurlu nəticə

Bakı şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə karate turniri təşkil edilib. Yarışda paytaxt və regionlardan ümümilikdə  900 idmançı iştirak edib. Uşaq və yeniyetmələrin əhatə olunduğu turnirdə oğlanlarla yanaşı qız karateçilər də öz qüvvələrini sınayıblar. İdmançılar müxtəlif yaş və çəki kateqoriyalarında “WKF”, “shobu ippon” və “kumite” qaydaları üzrə yarışıblar. 

“Naxçıvan” komandasından yarışa Naxçıvan Karate Federasiyasının məşqçisi Tariyel Bağırovun rəhbərliyi ilə 14 idmançı qatılıb. Onların arasında ən yüksək nəticələrə Damla Tağızadə (qızıl medal), Məhəmməd Bağırov, Yusif İsmayılov, Fatimə Bağırzadə, Aysu Abbasova və Ələddin Hüseynli (hər biri gümüş medal) nail olublar. Digər təmsilçilərimiz Canər Abbaszadə, Həşim Nağızadə, Qədim Bağırov, Elgün Zeynalov, Murad Abdullazadə, Uğur Məmmədli, Hüseyn Qafarlı və Xumar Hacıyeva bürünc medala layiq görülüblər. İdmançıların bir neçə qayda üzrə çıxış edərək mükafatçılar sırasına düşməsi nəticəsində komandanın yekun göstəricisi 1 qızıl, 6 gümüş və 14 bürünc medaldan ibarət olub.  

Əlavə edək ki, turnirdə digər klubların heyətində çıxış edən naxçıvanlı idmançılardan Xədicə Bayramova 2 qızıl, 1 gümüş və 1 bürünc, Nərgiz Həsənli isə 3 gümüş medala layiq görülüb. 

 

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.04.2023 18:00