AZ EN RU

Karateçilərimiz ənənəvi turnirdə uğur əldə edib

    Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VII “Arpachay Open” beynəlxalq karate turniri keçirilib. Turnir çərçivəsində kata və kumite turnirlərində 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər, eləcə də böyüklər və veteranlar mübarizə aparıb, həmçinin karateçilər fərdi və komanda çıxışlarında iştirak ediblər.
    Naxçıvan idmançıları da medallar uğrunda mübarizə aparıb, uğurlu nəticələr qazanıblar. Təmsilçilərimizdən ən yaxşı nəticə 10-11 yaşlılar arasında çıxış edən Nizami Orucova məxsusdur. O, iki fərqli çəki dərəcəsində də (30 kiloqram, 35 kiloqram) qızıl medal qazanıb. Yusif Orucov bir qızıl və bir gümüş, Xədicə Bayramova bir qızıl medal əldə ediblər. Həşim Nağızadə ikinci, Saleh Qənbərov, Aysu Abbasova, Uğur Zeynallı, Məlahət Həşimli, Yusif Tağıyev və Elton Həsənov üçüncü olublar. Bu nəticələrlə Naxçıvan karateçiləri yarışı 4 qızıl, 2 gümüş və 6 bürünc medalla tamamlayıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 23.01.2023 20:06