AZ EN RU

Karateçilərimiz beynəlxalq turniri uğurla tamamlayıb

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 16 yaşadək karateçilər arasında ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turniri keçirilib. Abşeron Olimpiya İdman Kompleksində reallaşan yarışa 7 ölkədən ümumilikdə 500-dən çox karateçi medallar uğrunda mübarizə aparıb.

Turnirdə Naxçıvandan olan karateçilər də iştirak edib. Məşqçilər Qələndər Binyətov, Tariyel Bağırov və Nicat Allahverdiyevin rəhbərliyi ilə 29 idmançımız bacarığını nümayiş etdirmək şansı əldə edib. Karateçilərimizdən 3-ü qızıl, 4-gümüş və 12-si bürünc olmaqla, ümumilikdə 19 medal qazanıblar.

Onlardan Aysu Abbasova iki, Xədicə Bayramova bir qızıl medal qazanmaqla ən yaxşı nəticəyə müvəffəq olublar. Adıçəkilənlərlə yanaşı digər karateçilərimizdən Hüseyn Qafarlı, Peyman Həsənov, Elgün Zeynalov, Ayan Cəfərova, Fatimə Bağırzadə, Məlahət Həşimli, Nərgiz Həsənli, Nur Əliyeva, Yaqub Qənbərov, Yusif Orucov, Kənan Qənbərov, Həsən İbrahimli, Əli Həmidov və Yusif İsmayılov müxtəlif əyarlı medallar əldə ediblər.

Ceyhun MƏMMƏDOV

 

Nəşr edilib : 08.08.2023 11:40