AZ EN RU

Karateçilərimiz beynəlxalq turniri uğurla tamamlayıb

    Gürcüstanın Batumi şəhərində “İnternational Batumi Open” beynəlxalq karate turniri keçirilib. Yarışa 10 ölkədən 250-yə yaxın idmançı qatılıb. 
    Turnirə qatılan muxtar respublika karateçiləri Azərbaycanı uğurla təmsil etməyə müvəffəq olub. İdmançılarımız 5-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə, 12 medal qazanıblar. 
    Təmsilçilərimizdən ən yaxşı nəticə Nizami Orucova məxsusdur. O, 10-11 yaşlılarda 2 qızıl, 1 gümüş medal qazanıb. Qafar Hüseynov, Əli Bayramov, Xədicə Bayramova da qızıl medal sevinci yaşayıb, eləcə də digər idmançımız Nərgiz Həsənli ilə birgə müxtəlif əyarlı medallar əldə ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2023 18:50