AZ EN RU

Karateçilərimiz açıq birincilikdə uğurlar qazanıb - FOTOLAR

İyunun 23-dən 25-ə qədər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Arpaçay Karate Klubunun təşkil etdiyi açıq birincilik turniri keçirilmişdir. Birincilikdə ilk əvvəl Azərbaycan Karate Assosasiyası idmançı-ustaları tərəfindən Bakı şəhərində texniki seminar təşkil olunub və həmin seminarda Naxçıvan karate müəllimləri da iştirak etmişlər. İştirak edən karate müəllimlərindən qara kəmər, məşqçi, hakim Nicat Allahverdiyevə və Tariyel Bağırova millət vəkili, Azərbaycan Karate Federasiyası Assosasiyasının sədri Ülvi Quliyev tərəfindən sertifikatlar təqdim olunmuşdur. Seminarın ardınca isə iki mindən artıq idmançının iştirak etdiyi yarışa start verilmişdir. Diqqətə çatdıraq ki, yarışda muxtar respublikamızın idmançıları, ümumilkdə, 5 qızıl, 10 gümüş, 14 bürünc olmaqla, 29 medal qazanıblar. 

Nəşr edilib : 26.06.2023 19:45