AZ EN RU

Kanada universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub

Kanadanın paytaxtı Ottavada yerləşən Karlton Universitetində (Charleton University) bir çox dünya xalqlarının, o cümlədən Azərbaycanın mədəni irs nümunələrinin əks olunduğu simvolik divarlar təqdim edilib.
Kanada Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış “Azərbaycan divarı”nda Dövlət Bayrağımız, Bakı, Şuşa və Naxçıvanın tarixi abidələri ilə yanaşı, xalqımızın qədim və zəngin mədəniyyətini tərənnüm edən rəsmlər də öz əksini tapıb.
“Azərbaycan divarı”nın ərsəyə gəlməsində Nərmin Abbasova, Sevda və Sevil Zeynallılar, Rumeysa Dos, Vüsalə Əhmədova və İrina Kojevnikovanın böyük əməyi olub.

Nəşr edilib : 31.01.2024 10:14