AZ EN RU

Kamran Əliyev: Türk dövlətlərinin müasir texnologiyalardan istifadə ilə bağlı təcrübə mübadiləsi aparması mühümdür

Müasir texnologiyalardan istifadə sahəsində türk dövlətlərinin prokuror, hakim və mütəxəssislərinin aparacağı təcrübə mübadiləsi mühüm əhəmiyyət kəsb edir.

Bunu Baş prokuror Kamran Əliyev iyunun 4-də Bakıda keçirilən “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda beynəlxalq konfransın açılış mərasimində deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ildə Naxçıvan sazişi ilə qoyulub və həmin gündən bəri türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələri gücləndirməyə xidmət edib: "Prezidenti İlham Əliyev dəfələrlə qurumun əhəmiyyətini vurğulayıb və onun türk xalqlarının birliyini daha da möhkəmləndirdiyini bildirib. Prezidentin sözləri ilə desək, “Türk Dövlətləri Təşkilatı türk dünyasının ortaq maraqlarını qorumaq və irəlilətmək üçün möhkəm bir təməldir".

Nəşr edilib : 04.06.2024 11:38