AZ EN RU

Jurnalist Ceyhun Məmmədov “Şərq qapısı” qəzetinə şöbə müdiri təyin olunub

O, bundan əvvəl həmin qəzetdə müxbir vəzifəsində işləyib.
Ceyhun Məmmədov 6 iyul 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. 2008-ci ildə “Odlar Yurdu” Universitetinin Jurnalistika fakültəsinin Jurnalistika ixtisasını bitirib.
Əmək fəaliyyətinə 2004-cü il oktyabrın 1-də “Het-trik” qəzetində başlayıb, 2005-ci ildən müxtəlif qəzet və jurnallarda çalışıb. 2006-2008-ci illərdə “Futbol dünyası” (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası –   AFFA ) qəzetində müxbir kimi fəaliyyət göstərib. 2009-2011-ci illərdə “Komanda” qəzetində müxbir, 2011-2012-ci illərdə “Tərəqqi” Peşəkar Futbol Klubunda inzibatçı işləyib.
2012-ci ilin avqust ayından “futbolpress.az” xəbər portalında, 2013-cü ildə isə “Komanda” qəzetində müxbir kimi fəaliyyət göstərib.
2014-2021-ci illər ərzində “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunda mətbuat katibi və icraçı-direktor vəzifələrində çalışıb.
2023-cü ilin yanvar ayından “APA Media Group”unda bölgə müxbiri kimi fəaliyyət göstərir.
 

Nəşr edilib : 02.07.2024 15:42