AZ EN RU

İyulun 26-da vətəndaşlardan 1 avtomat və 9 tüfəng təhvil götürülüb

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 26-da polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 1 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.

Nəşr edilib : 27.07.2024 10:12