AZ EN RU

IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb. 24864 şagird iştirak etdiyi imtahanın idarə olunmasına 107 ümumi imtahan rəhbəri, 317 imtahan rəhbəri, 2345 nəzarətçi-müəllim cəlb edilib. 


Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanlarda, ümumilikdə 4167 şagird iştirak edib. 353 zalda keçirilən imtahanların idarə olunmasına 72 rəhbər, 424 nəzarətçi ayrılıb. İmtahanda şagirdlərə xarici dil fənni üzrə 30, Azərbaycan dili  fənni üzrə 30 və riyaziyyat fənni üzrə 25 (ümumilikdə 85) tapşırıq təqdim olunub.  11:00 da başlayıb 3 saat davam edən imtahanda şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. 
İmtahan nəticələri yaxın günlərdə elan ediləcək.

Güntac Şahməmmədli

 

Nəşr edilib : 30.04.2022 15:25