AZ EN RU

İsveçrədə helikopter qəzası olub

İsveçrənin cənubunda bələdçi və turistləri daşıyan helikopter qəzaya uğrayıb.
Bu barədə Vale kantonunun polis idarəsi məlumat verib.
Bildirilir ki, təxminən 3700 metr yüksəklikdə zirvəyə çırpılan helikopter qərb yamacına doğru sürüşüb. Qəzada yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Digər 3 nəfər isə hadisə yerində həyatını itirib.
Qeyd edək ki, bu ərazidə aprelin birində baş verən qar uçqununda 3 nəfər həlak olub.

Nəşr edilib : 04.04.2024 08:34