AZ EN RU

İsveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq “Şərq qapısı” qəzetinə müsahibə verib:

İsveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq “Şərq qapısı” qəzetinə müsahibə verib:  “ ilk dəfə mən Qarabağa gələndə “Xarıbülbül” simvolunu gördüm və uşaq vaxtı oxuduğum Hans Kristian Andersenin “Bülbül” hekayəsini xatırladım. Həmçinin bu əsərdə Şərqin bazarı və  bütün gözəl simvolları əks olunub. Mən bura gələndə xanəndə Bülbül haqqında öyrəndim və mənə bildirdilər ki, o uşaq vaxtı elə bülbül kimi cəhcəh vururmuş. Sonra Natəvanın poeziyası ilə yaxından tanış oldum və əmin oldum ki, onun da poeziyasının ana xəttində bülbül mövzusu hər zaman əsas qayə olub. Natəvan oxuyarkən oğlu Abbasa həsr etdiyi şeirə rast gəldim. Bu şeir çox mükəmməl və dramatik şeirdir. Burada ananın oğula ülvi məhəbbəti əks olunub. Biz tarixə baxıb ipək yolunu nəzərdən keçirəndə orada olan bütün xalqların mədəniyyətlərini və simvollarını görürük. Ümumiyyətlə mən Azərbaycanı öyrənəndə gördüm ki, Azərbaycan özündə bir neçə dini həm də mədəniyyəti ehtiva edən bir ölkədir. Ona görə də mən bura gələndə özümü öz ölkəmdəki kimi hiss edirəm. Və buradan da “Xarıbülbül əfsanəsi” filmin ideyası yarandı. Şuşaya səfər ediborada “İsa Bulağı”nı gördükdə məni həqiqətən heyrət bürüdü ki, Xristian Peyğəmbərinin adına burada bulaq var. Azərbaycan xalqı bu bulağı nə qədər çox sevir. Mənim üçün bu gözlənilməz hadisə idi.                     

  Naxçıvan təssüratlarını bölüşən fotoqraf bildirdi ki, Naxçıvanda olarkən ondsa tamamilə başqa təəssürat formalaşıb. İsveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq  dedi: “Əsasən də “Əshabu-Kəhf”i ziyarət zamanı  o tarixə şahid olarkən, o insanların 309 il orada yatdığını eşitmək qəlbimi riqqətıə gərirdi.  Mən orada “Cənnət bağı”na çıxdım və yuxarı baxarkən mələk gördüm və hələ də özümə gələ bilmirəm.

Nəşr edilib : 07.11.2023 21:35