AZ EN RU

İstilik sistemlərində yaranan problemlər aradan qaldırılıb

Culfa Rayon İcra Hakimiyyəti yaşayış binalarının istilik sistemlərində yaranan nasazlıqları aradan qaldırmaq üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirib. Belə ki, Culfa şəhər Heydər Əliyev prospektində yerləşən 26 və 28 nömrəli binaların istilik xətlərində yaranan nasazlıqlara vaxtında müdaxilə edilərək  problem aradan qaldırılıb. Təmir zamanı 35 metr 83 mm-lik xətt yenisi ilə əvəz edilmişdir. 81 ailənin yaşadığı binalarda istilik sisteminin fəaliyyəti artıq bərpa olunub.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 01.12.2023 16:43