AZ EN RU

İstehsalat təcrübəsi keçən tələbələr üçün seminar keçirilib

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin “İnformasiya texnologiyaları” ixtisasının 4-cü kurs tələbələri üçün  seminar keçirilib.

Nazirliyin əməkdaşı Azər Seyidov müasir standartlara cavab  verən rəqəmsal televiziya və radio yayımı stansiyaları, peyk yayımı, regionlar üzrə tezlik diapazonları və zolaqları, analoq və rəqəmsal elektronika, mobil rabitə şəbəkələri, mobil şəbəkənin strukturu və yeni texnologiyalar haqqında hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumat verib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tədris müddəti ərzində təhsil alan  tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirir, onlar nazirliyin və tabeli qurumların fəaliyyəti ilə tanış edilir, maarifləndirici görüş və seminarlar təşkil olunur.

Tələbələrin belə təcrübələrdə iştirak etmələri onların gələcəkdə informasiya texnologiyaları sahəsində peşəkar kadr kimi formalaşmalarına və bu sahədə biliklərinin artırılmasına şərait yaradır.

                    Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 08.03.2024 10:14