AZ EN RU

İstehlakçılara 553 min manatdan çox ƏDV məbləği geri qaytarılıb

    Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü il 1 oktyabr tarixinə muxtar respublika ərazisində 1980 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar-sentyabr aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 145,8 milyon manat olub. Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 553,2 min manatdan çox, təkcə sentyabr ayında isə 90,8 min manat ƏDV məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə sentyabr ayında istehlakçılara qaytarılan məbləğ 4,3 dəfə artıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 18.10.2023 20:21