AZ EN RU

İstehlakçılara 462,4 min manat ƏDV məbləği geri qaytarılıb

    Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2023-cü ilin 1 sentyabr tarixinə muxtar respublika ərazisində 1937 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Yanvar-avqust aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 125 milyon manatdan çox olub. Həmin dövr ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 462,4 min manatdan çox, təkcə avqust ayında isə 88,7 min manat Əlavə Dəyər Vergisi məbləği geri qaytarılıb. Yanvar ayı ilə müqayisədə avqust ayında istehlakçılara qaytarılan məbləğ 4,2 dəfə artıb.

Naxçıvan Muxtar Respublikası 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 18.09.2023 18:53