AZ EN RU

İstanbulda məhkəmə binasına silahlı hücum zamanı ölənlərin sayı artıb

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananlardan biri xəstəxanada həyatını itirib.
Bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda rəsmi mərasimdə çıxışı zamanı bildirib.
Ərdoğan, ölkəsinin terrorunun bütün növlərinə qarşı mübarizəsini davam etdirəcəyini də vurğulayıb.
Qeyd edək kız bu gün İstanbulda məhkəmə binasında silahlı insident olub. Hadisə zamanı polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Nəşr edilib : 06.02.2024 16:23