AZ EN RU

İsrail şirkətləri Qarabağdakı sənaye parklarında investisiya layihələrinə dəvət edilib

İsrail şirkətləri Azərbaycanın iqtisadi zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə yerləşən sənaye parklarında investisiya layihələrinin icrasına dəvət edilib.

Bu barədə müzakirələr İZİA-nın İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmovun İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritskilə görüşündə aparılıb.

Bildirilir ki, F. Məhərrəmov ölkədə fəaliyyət göstərən iqtisadi zonalar, burada sahibkarlar üçün mövcud investisiya imkanları barədə məlumat verib.

Həmçinin, görüşdə iqtisadi zonaların təqdimatı keçirilib.

Nəşr edilib : 20.05.2024 16:36