İşğaldan azad edilmiş ərazilərimizdə gənclik şəhərinin yaradılmasını arzu və təklif edirik.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda mayın 15-də keçirilən konfransda səsləndirib.
STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan “Müasir Azərbaycan ailəsi” analitik hesabatı barədə də danışan Z.Oruc hesabatda respondentlər arasında 5 sorğu aparıldığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, ailə dəyərləri kontekstində qlobal problemlərdən biri də sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu istiqamətdə ölkəmizdə müvafiq tədbirlər görülür. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mеhribаn хаnım Əliyevа Azərbaycan qadınlarının problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşırlar.