Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi işğaldan azad edilmiş ərazilərdə seysmoloji xidmət mərkəzlərini qurmaq hərəkatına başlayıb. Bu il onlardan bir neçəsinin açılışının olacağı gözlənilir.
Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” üzrə VI Beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bununla əlaqədar olaraq zəruri hazırlıq işləri aparılıb və proseslərə başlanılıb. “Qardaş Türkiyənin də bu sahəyə göstərdiyi diqqəti qeyd etməyi özümə borc bilirəm”, - deyib.