İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.
Məlumata görə, ötən həftə - 11-17 dekabr tarixlərində 17 tank əleyhinə mina, 22 piyada əleyhinə mina, 234 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 326.6 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.