AZ EN RU

İrəvanın yaxınlığındakı Abovyan şəhərində partlayış olub

 İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.
Bu barədə “Baqramyan 26” teleqram kanalı bildirib.
“Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib. Təfərrüatlar hələlik məlum deyil”, – kanalda qeyd olunub.
“911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu, nəticədə yanğın baş verdiyi barədə məlumat daxil olub. Oraya Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin döyüş briqadaları göndərilib. Ətraflı məlumat veriləcək”, – ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Nəşr edilib : 06.06.2024 23:54