AZ EN RU

İraqın xarici işlər naziri Azərbaycana səfər edəcək

 İraqın xarici işlər naziri Fuad Hüseyn bu həftə Azərbaycana səfər edəcək.

Fuad Hüseyn Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-6-da Bakıda keçiriləcək nazirlərin toplantısında iştirak edəcək.

İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

Nəşr edilib : 03.07.2023 17:21