AZ EN RU

İrandan Naxçıvana qaçaqmalçılıqla keçirilən yükdaşıma aşkarlanıb

Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasından tranzit keçməklə yük gətirən “Reno” markalı yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat qaiməsində qeyd olunmayan 1270 kq qarışıq ərzaq, müxtəlif qab-qacaq və mətbəx ləvazimatları, məişət əşyaları, tikinti materialları, eləcə də 16600 ədəd aksiz markası olmayan “Milano” markalı siqaret aşkar edilib.
Əlavə olaraq qaimədə qeyd olunan 2000 kq findıq yükü də nəqliyyat vasitəsində aşkarlanmayıb.

Nəşr edilib : 16.03.2024 15:31