AZ EN RU

İranda prezident seçkilərinin ikinci turunda namizədlərin debatı başlayır

Bu gündən etibarən, İranda prezident seçkilərinin ikinci turunda namizədlərin ilk debatı baş tutacaq.

Bu barədə məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, debat iki saat davam edəcək. Prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili bu müddət ərzində mədəni-siyasi problemlər çərçivəsində suallara cavab verəcək.

Məlumata görə, teledebat İranın “Birinci kanalı” ilə yerli vaxtla saat 21.30 -dan 23.30-dək yayımlanacaq.

İyunun 28-də İranda prezident seçkisi keçirilib. Məsud Pezeşkian səslərin 43 faizini, Səid Cəlili 38 faizinin toplayaraq ikinci tura keçib. İkinci tur iyulun 5-də keçiriləcək.

Nəşr edilib : 01.07.2024 10:30