AZ EN RU

İranda baş verən zəlzələdən sonra Naxçıvanda hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb

Naxçıvan MR FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

Nəşr edilib : 24.03.2023 08:49