AZ EN RU

İranda baş verən zəlzələ Naxçıvanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub

Yanvarın 19-da Naxçıvan stansiyasından 88 kilometr cənub-qərbdə İran ərazisində zəlzələ baş verib

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 9.55-də qeydə alınan zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 4,5-ə bərabər olan zəlzələ Naxçıvan MR-in sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Nəşr edilib : 19.01.2023 11:25