AZ EN RU

İranda baş verən helikopter qəzası ilə bağlı Milli Məclisdə bir dəqiqəlik sükut elan edilib

İranda helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib.

Spiker Sahibə Qafarova ağır itki ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib.

Parlament sədri öz adından və Milli Məclisin deputatları adından İran İslam Respublikasına dərin hüznlə başsağlığı verib.

Nəşr edilib : 21.05.2024 13:24