AZ EN RU

İran XİN: Tehran Azərbaycanın və Ermənistanın girovların azad edilməsi haqqında birgə açıqlamasını alqışlayır

İran Azərbaycanın və Ermənistanın girovların azad edilməsi haqqında birgə açıqlamasını alqışlayır.

İran mətbuatına istinadla xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O bildirib ki, İran iki yaxın qonşusu arasında sülh prosesini dəstəkləyir və girovların azad edilməsini sülhə doğru atılmış müsbət addım hesab edir.

N. Kənani diqqətə çatdırıb ki, rəsmi Tehran Qafqaz regionunda sülhün davamlı xarakter almasına töhfə verməyə hazırdır. Buna nail olmaq üçün regional tərəflər arasında etimad mühitinin yaranması vacibdir.

“Ümid edirik ki, bu tədbirlər iki tərəf arasında sülhə və sabitliyə gətirib çıxaracaq. İran regional sülh və təhlükəsizlik üçün hər iki ölkəyə kömək etməyə hazırdır”, - deyə İran XİN rəsmisi qeyd edib.

Nəşr edilib : 11.12.2023 15:06