AZ EN RU

İran XİN başçısı türkiyəli həmkarını yeni əməliyyatın olmayacağına əmin edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb.
Bu barədə Türkiyə XİN-ə yaxın mənbə məlumat yaylb.
İran XİN başçısı deyib ki, Tehran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır:
"İsrailə qarşı əməliyyat başa çatıb və İrana hücum olunmayınca yeni əməliyyata başlamayacaq. İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək", - mənbə bildirib.

Nəşr edilib : 14.04.2024 18:10