AZ EN RU

İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər"

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

"Azərbaycan Gürcüstanın çox mühüm iqtisadi tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 16% artıb", - İ.Qaribaşvili bildirib.

Onun sözlərinə görə, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi region üçün çox vacibdir: "Gürcüstan yolların tikintisi və hava nəqliyyatının inkişafı layihələrinə sərmayə qoymaq üçün addımlar atıb".

Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycan və Mərkəzi Asiya regionu ilə tərəfdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

Nəşr edilib : 24.11.2023 15:48