AZ EN RU

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşları qəbul edəcək YENİLƏNƏCƏK

Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bu gün Naxçıvan Muxtar Respublikasına gəlib.

Nazir müavini əvvəlcə Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olub.

Sahib Ələkbərov səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşəcək, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin inzibati binasında vətəndaşları qəbul edəcək.

İqtisadiyyat nazirinin müavini Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş foto-sərgidə də iştirak edəcək.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 19.04.2024 10:00