AZ EN RU

İqtisadiyyat naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev Türkiyə Respublikasının Naxçıvandakı Başkonsulu Asip Kaya ilə görüşüb. Tapdıq Əliyev rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı ilə bağlı təbrik edib.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyardakı fəaliyyətindən məmnunluğunu ifadə edən Asip Kaya Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu ifadə edib.

Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın gücləndirilməsi, mövcud ticarət dövriyyəsinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparıb.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.01.2023 14:10