AZ EN RU

“İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri" mövzusunda konfrans keçirilir

Bu gün Naxçıvanda 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri" mövzusunda konfrans keçirilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, millət vəkilləri və digər rəsmilər iştirak edir. 
Tədbirdə əməyin mühafizəsi sahəsində müsbət təcrübəyə malik işəgötürənlər, əmək-sosial hüquqlar sahəsində ictimai maarifləndirməyə töhfə verən QHT-lər və fəal əməkdaşlar təltif ediləcək.

Nəşr edilib : 27.04.2024 10:13