AZ EN RU

İqdırda keçirilən aksiyada Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları kəskin pislənilib

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına qardaş Türkiyədə etirazlar davam edir.

Daha bir etiraz aksiyası İqdır şəhərində keçirilib.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İqdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal və başqaları çıxışlarında işğalçı Ermənistanın bölgədə sülhü və sabitliyi təhdid edən əməllərini pisləyiblər. Qeyd olunub ki, təcavüzkar tərəf 44 günlük Vətən müharibəsinin nəticələrini unutmamalıdır. Ermənistan rəhbərliyi bilməlidir ki, Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq.

Aksiya iştirakçıları adından etiraz bəyanatı oxunub.

Nəşr edilib : 19.09.2022 12:13