AZ EN RU

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Baş prokuror Kamran Əliyev İordaniya Haşimilər Krallığının Baş prokuroru Yusuf Tiabat ilə videokonfrans formatında ikitərəfli görüş keçirib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, görüş zamanı Baş prokuror dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dövlət başçıları İlham Əliyev və Kral II Abdullah ibn Al Hüseynin birgə səyləri nəticəsində siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə əlaqələrin hazırkı yüksək inkişaf dinamikasına çatdığını vurğulayıb.

Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçiriləcəyi barədə həmkarına məlumat verib.

Yusuf Tiabat ölkələrimiz arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, bu ilin sentyabrın 29-dan oktyabrın 2-dək ölkəmizdə keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına dəvət edildiyi üçün təşəkkürünü ifadə edib. Ölkəmizin hüquq-mühafizə orqanlarının, xüsusilə də Baş Prokurorluğun müsbət təcrübəsinin öyrənilməsi üçün qurumlararası işbirliyinin vacibliyi qeyd edilib.

Tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəliblər.

Nəşr edilib : 24.04.2024 16:19