AZ EN RU

İnvestorların Naxçıvana səfəri təşkil edilib - YENİLƏNƏCƏK

Xarici və yerli istehsalçının, eləcə də investorların Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib. 
İstehsalçı və investorların Naxçıvana səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində təqdimat tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfati nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikası Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Rahid Ələkbərli, "Azərbaycan Françayzinq Assosiasiyası"nın idarə heyətinin sədri Camid Mövsümov çıxış edirlər.
Tədbirin məqsədi Naxçıvanın iqtisadi imkanlarından səmərəli istifadə, ayrı-ayrı sahələr üzrə investisiyaların bura cəlbidir.

Nəşr edilib : 26.01.2024 10:19