AZ EN RU

“İntibahın 20 ili” mövzusunda konfrans keçirilib

    Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində “İntibahın 20 ili” mövzusunda konfrans keçirilib. Konfransı kollecin direktoru Asəf Ruşanov giriş sözü ilə açıb. 
    Bildirilib ki, Ulu Öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşüb. Məhz buna görədir ki, ötən dövr ərzində keçirilmiş dörd prezident seçkisində Azərbaycan xalqı öz gələcəyini yalnız Prezident cənab İlham Əliyevə etibar edib, ətrafında sıx birləşərək ardınca irəliyə doğru addımlayır.
    Kollecin hərbi rəhbəri Araz Məmmədov və çıxış edən digər müəllimlər son illər Azərbaycanda baş verən mühüm əlamətdar hadisələrin nəinki iqtisadi əlaqələrin yaxşılaşdırılmasında, hətta nəqliyyatın daha da səmərəli hala gəlməsində böyük rol oynadığını bildiriblər. 
    Vurğulanıb ki, Azərbaycan yalnız avtomobil yolları ilə nəqliyyat siyasəti yeritmir, hətta hava, su, dəmir yolu və boru kəmər nəqliyyatına da mühüm investisiya yatırımı edib. Bu isə Prezident cənab İlham Əliyevin 20 ildə ölkəyə verdiyi xidmət və töhfələrin göstəricisidir. 
    Konfrans Prezident cənab İlham Əliyevin 20 illik fəaliyyəti dövrünə həsr olunmuş videçarxa baxışla yekunlaşıb.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 31.10.2023 19:09