AZ EN RU

“İnteryer dizayn” adlı fərdi sərgi nümayiş olunub

    Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Təsviri incəsənət kafedrasının Dizayn ixtisasının II kurs tələbəsi Gülnar İsmayılovanın fərdi sərgisi nümayiş olunub.
    Tədbirdə universitetin rektoru Elbrus İsayev tələbələrin iştirakı ilə keçirilən sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirilib ki, dizayn sahəsi müasir dövrün tələbidir. Rektor tələbələrin bu sahəyə maraqlı olmalarını sevindirici hal kimi qiymətləndirib. Belə sərgilərin keçirilməsinin universitet rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanıldığını və inkişafına şərait yaradıldığını qeyd edən rektor gənc istedada bu istiqamətdə uğurlar arzulayıb.
    Sərgidə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Təsviri incəsənət kafedrasının müəllimi, Azərbaycanın Xalq rəssamı, professor Hüseynqulu Əliyevin çıxışları dinlənilib.
    Qeyd olunub ki, bu cür sərgilərin keçirilməsi tələbələrin gələcək fəaliyyətlərində xüsusi önəm kəsb edir.
    Çıxış edənlər Gülnar İsmayılovaya uğurlar arzulayıblar.
    Sonra sərgiyə baxış keçirilib. Qeyd edək ki, sərgidə 39 interyer, 11 rəngkarlıq olmaqla, ümumilikdə, 50 əl işi və layihə nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə
 əlaqələr bölməsi

Nəşr edilib : 20.12.2023 12:34