AZ EN RU

İnternetin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni avadanlıqlar quraşdırılmışdır

    Muxtar respublikada əhaliyə keyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
    Həmin tədbirlərin davamı olaraq Kəngərli rayonunda internetin sürətinin artırılması məqsədilə Naxçıvan şəhər Mərkəzi Avtomat Telefon Stansiyası ilə Qıvraq Mərkəzi Avtomat Telefon Stansiyası arasında 2 ədəd48 portlu (10 GB)Juniper EX2300 Ethernet Switch, 2 ədəd 80 km siqnaldaşıma gücünə malik SFP (Small Form-Factor Pluggable) ötürücü modul və 2 ədəd DC-AC converter qoşulub. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri tərəfindən avtomat telefon stansiyalarında zəruri texniki tədbirlər həyata keçirilib. Yeni quraşdırılan avadanlıqlar vasitəsilə rayon mərkəzində və kəndlərdə internetin sürətinin artmasına zəmin yaranacaqdır.
    Məlumat üçün bildirək ki, mühəndislər tərəfindən Kəngərli rayonunda internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə telekommunikasiya sahəsində istifadə olunan müasir ölçmə cihazları vasitəsilə monitorinqlər davam edir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 06.03.2023 20:12